Bank Of Baku

Ukraynanın hərbi prokuroru İlovaysk faciəsi zamanı 459 hərbçinin ölümünü təsdiqləyib

Ukraynanın hərbi prokuroru İlovaysk faciəsi zamanı 459 hərbçinin ölümünü təsdiqləyib
# 17 aprel 2015 13:01 (UTC +04:00)


Bakı. Ülkər Bəkirli – APA. Ukrayna Ali Radasının yaratdığı müvəqqəti istintaq komissiyası ötən ilin avqustunda Donetsk vilayətinin İlovaysk şəhərində 459 hərbçinin həlak olduğunu təsdiqləyib.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın baş hərbi prokuroru Anatoli Matios deyib. Hərbi prokuror 478 nəfərin yaralandığını, azı 70 milyon qrivna (3,26 milyon dollar) dəyərində hərbi texnikanın sıradan çıxdığını söyləyib.
 
Xatırladaq ki, 2014-cü ilin avqustun sonunda Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyasının və könüllülərin bir neçə batalyonu İlovaysk yaxınlığında mühasirəyə düşüb və ağır itkilərə məruz qalıb. Həmin hadisələrin araşdırılması məqsədilə Ali Rada müvəqqəti istintaq komissiyası yaradıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR