APA-nın məlumatına görə, bu barədə Ukraynanın “Pyatıy kanal”ı məlumat yayıb.
Məlumata görə, binaya 50-dək silahlı hücum edib. Silahlı şəxslər danışıqlardan və binanı tərk etməkdən imtina ediblər.
Hazırda bölgədə fəaliyyət göstərən bir neçə iri müəssisənin qaz təchizatının dayandırılması təhlükəsi var
Energetika sektorunun nümayəndələri Ukrayna hökumətinə müraciət edərək qazpaylayıcı sisteminin lazımi mühafizəsinin təşkil olunmasını xahiş ediblər.