APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, Milli Qvardiyanın saytında dərc olunmuş məlumata əsasən, terrorçular tərəfindən tank əleyhinə qumbaraatandan buraxılmış reaktiv qumbara silah-sursat anbarına tuş gəlib, nəticədə güclü partlayış baş verib.
“Nəticədə anbar partlayıb, oradakı silah-sursat isə tamamilə məhv olub. Partlayış nəticəsində ölən və yaralanan yoxdur”, deyə məlumatda bildirilir.