Bank Of Baku

Ukraynanın Rusiyadan qaz almaq niyyəti yoxdur

Ukraynanın Rusiyadan qaz almaq niyyəti yoxdur
# 01 aprel 2016 00:17 (UTC +04:00)

Bakı-APA. “Ukraynanın “Nafqoqaz” şirkəti əlverişsiz qiymətlər səbəbindən 2016-cı ilin aprelin 1-dən  Rusiya qazının tədarükünü bərpa etmək niyyəti yoxdur. Lakin şirkət qazın qiymətinə dair danışıqların aparılmasına hazırdır”. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”-yə “Nafqoqaz” şirkətindən bildirilib.

 

“Ukraynanın “Nafqoqaz” şirkəti   2016-cı ilin aprelin 1-dən  “Qazprom”dan qazın alışını bərpa etmək niyyəti yoxdur. Buna səbəb “Qazprom”un 2016-cı ilin 2-ci rübü üçün təklif etdiyi qazın qiyməti avropalı tədarükçülərin təkliflərindən xeyli yuxarıdır”, deyə “Nafqoqaz” şirkətindən bildirilib.

 

Bundan başqa, “Qazprom” “Nafqoqaz”ın sazişlərin müddətinin artırılmasına dair təklifini rədd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR