Bakı-APA. Bu gün səhər saatlarında Ukraynanın Mariupol şəhər Şurasının binası separatçılardan azad edilib.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları və xalq drujinasının nümayəndələri binanı mühasirəyə aldıqdan sonra oradan onlarla adamı çıxarıblar.
15 nəfərin həbs edildiyi bildirilir.
Qeyd olunur ki, hazırda şəhər şurası binasının yaxınlığında hüquq-mühafizə orqanları əməkdaşlarının əməllərindən narazı olan şəxslər toplaşmağa başlayıblar. Separatçılar bildirir ki, əməliyyat zamanı binada olanlara qarşı naməlum qazdan istifadə olunub. Bu üzdən də indi onların gözləri yaşarır və bədənlərində güclü qaşınma başlayıb.