Bank Of Baku

Ukraynanın şərqində separatçı-terrorçu qrupun hücumu nəticəsində 13 əsgər həlak olub - FOTOSESSİYA

Ukraynanın şərqində separatçı-terrorçu qrupun hücumu nəticəsində 13 əsgər həlak olub - <span style="color: red;">FOTOSESSİYA
# 22 may 2014 14:21 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunun özünün “Facebook” səhifəsində tanınmış jurnalist, “Cenzor.net” xəbər saytının baş redaktoru Yuri Butusov yazıb.

 

Y. Butusov mayın 22-nə keçən gecə Volnovaxa ətrafında Ukrayna Silahlı Qüvvələrinin motoatıcı dəstəsinə hücum nəticəsində 13 əsgərin həlak olduğunu və 30-dan çox hərbçinin yaralandığını açıqlayıb. Yaralıların bir çoxunun durumu ağırdır.

 

Y. Butusov faciəvi olayda Müdafiə Nazirliyinin Baş Qərargahını ittiham edib və Baş Qərargah rəhbərliyinin istefasını tələb edib: “Antiterror əməliyyatının gedişində baş verən böyük itkilər səriştəsiz hərbi idarəçiliyin nəticəsidir. Əvvəl bu itkiləri əməliyyatın vahid komandanlıq tərəfindən idarə edilməməsinin nəticəsi kimi qiymətləndirmək mümkün idisə, əməliyyata rəhbərlik Baş Qərargaha verildikdən sonra bunun məsuliyyətin tamamilə Baş Qərargahın üzərinə düşür”.

 

Qeyd edək ki, səhər saatlarında hərbi ekspert Dmitri Tımçuk hadisə zamanı 8 əsgərin həlak olduğunu bildirmişdi. Ukrayna Müdafiə Nazirliyi hələlik ölən və yaralananların dəqiq sayını açıqlamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR