APA-nın xəbərinə görə, Ukraynanın “İnformasiya müqaviməti” hərbi-siyasi tədqiqatlar mərkəzinin rəhbəri, nüfuzlu hərbi ekspert Dmitri Tımçuk iyulun 16-da gün ərzində separatçı-terrorçu qruplaşmanın böyük qüvvə ilə 4 dəfə Ukrayna ordusunun mövqelərinə hücum etdiyini bildirib: “Dünəndən bəri Marinovka yaxınlığındakı döyüşlər səngiməyib. Silahlılar 5 tank və bir neçə “BTR”lə hücuma keçiblər. Antiterror qüvvələri cavab atəşləri ilə 3 tank və 2 “BTR”i məhv edib. Döyüş yerinə terrorçuları gətirən 3 avtomobil vurulub. İtkilər dəqiqləşdirilir”.
D. Tımçuk terrorçuların kəşfiyyat məqsədilə pilotsuz uçuş aparatlarından istifadə etdiklərini də söyləyib.