Bank Of Baku

Ukraynanın Slavyansk şəhəri yaxınlığında gedən döyüşdə 3 hərbçi həlak olub, 4-ü isə yaralanıb

Ukraynanın Slavyansk şəhəri yaxınlığında gedən döyüşdə 3 hərbçi həlak olub, 4-ü isə yaralanıb
# 28 iyun 2014 19:15 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Slavyansk şəhəri yaxınlığında bu gün axşam saatlarında ordu qüvvələri və silahlı separatçılar arasında baş vermiş döyüş nəticəsində 3 ukraynalı hərbçi həlak olub, 4-ü isə yaralanıb. APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, bu barədə Antiterror Əməliyyatın sözçüsü Aleksey Dmitraşkovski bildirib.  

 

Atışma zamanı separatçıların mövqeyindən atılan mərmi Ukrayna ordusunun minaatan heyətinə tuş gəlib. Nəticədə 3 hərbçi həlak olub, daha 4 əsgər isə yaralanıb.    

 

Aleksey Dmitraşkovskinin sözlərinə görə, antiterror əməliyyatın keçirildiyi ərazidə silahlı  separatçıların hücumları xeyli aktivləşib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR