Bank Of Baku

Ukraynanın Xarkov şəhərində 11 nəfərdən ibarət terrorçu qrup zərərsizləşdirilib - FOTOSESSİYA - VİDEO

Ukraynanın Xarkov şəhərində 11 nəfərdən ibarət terrorçu qrup zərərsizləşdirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 aprel 2015 11:46 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbərinin müşaviri Markiyan Lubkisvski öz “Facebook” səhifəsində yazıb. 

 

M. Lubkivski bildirib ki, SBU Odessada keçirdiyi əməliyyatdan sonra Xarkovda yerli prokurorluğun iştirakı ilə əməliyyat keçirib və 11 nəfərlik terrorçu qrup zərərsizləşdirilib: “Onlar şəhərdəki kommersiya banklarından birinin mərkəzi ofisini və Xarkov hərbi komissarlığının binasını atəşə tutmaqda, dəmir yolunda yanacaq çənini partlatmaqda, volontyorların ofisində partlayış törətməkdə ittiham olunur. Beləliklə, artıq törədilmiş terror və diversiya aktlarının üstünü açmaqla bərabər Xarkov şəhəri və vilayətində hazırlanan yeni terror aktlarının da qarşısı alınıb. Bütün saxlanılanlar 1968-1983-cü il təvəllüdlü Ukrayna vətəndaşlarıdır. Terrorçuların koordinatoru Xarkovdakı “Oplot” təşkilatının rəhbəri Yevgeni Jilin olub. Qrup üzvlərindən böyük silah-sursat arsenalı və diversiya törətmək üçün istifadə olunan vasitələr, o cümlədən “RPQ-7” qumbaraatanları, “MPO-A” reaktiv alovsaçan silah, “Kalaşnikov” avtomatları, “Draqunov” snayper tüfəngi, tapançalar, SPM taymer minaları, sistern və borularda partlayış və yanğın törətmək üçün diversiya minaları, qumbaralar, “plastid” partlayıcı maddəsi, külli miqdarda patron, istehkamçı ləvazimatları, soyuq silahlar aşkarlanıb. Bunların hamısı Ukraynaya qaçaqmal yolu ilə gətirilib. Xarkovda xüsusi əməliyyat davam edir”.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR