Bank Of Baku

Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun inauqurasiyası iyunun 7-də keçiriləcək

Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun inauqurasiyası iyunun 7-də keçiriləcək
# 29 may 2014 20:54 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Pyotr Poroşenkonun seçki qərargahının mətbuat xidmətinin rəhbəri İrina Friz məlumat verib.  

 

Onun sözlərinə görə, qərargah andiçmə mərasimi ilə əlaqədar Maydanda  heç bir təntənəli tədbir keçirməyi planlaşdırmır.  

 

Bundan əvvəl Ukrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinov yeni seçilmiş prezidentin inauqurasiyası ilə bağlı tədbirlərin görülməsi haqqında fərman imzalayıb. Müvafiq planın 2 gün ərzində hazırlanmasına dair göstəriş verilib.  

 

Qeyd edək ki, səsvermənin nəticələrinə görə, növbədənkənar prezident seçkilərində  P.Poroşenko 54,7 faiz səs toplayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR