Bank Of Baku

Vladimir Putin Qərbin sanksiyalarına qarşı cavab tədbirlərinin müddətini 1 il uzadıb

Vladimir Putin Qərbin sanksiyalarına qarşı cavab tədbirlərinin müddətini 1 il uzadıb
# 24 iyun 2015 15:58 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Rusiyanın Qərbə qarşı cavab sanksiyalarının müddəti bu gündən başlayaraq bir il uzadılır“. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezident Vladimir Putin deyib.

 

“Hökumət sədri tərəfdaşlarımızın bizə qarşı sanksiyalarına cavab olaraq sanksiyaların uzadılması ilə bağlı müraciət edib. Bu gün Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi iqtisadi tədbirlərin görülməsi barədə sərəncam imzaladım. Hökumət sədrinin də təklif etdiyi kimi, biz də cavab tədbirlərinin müddətini bu gündən başlayaraq bir il uzadırıq. Hesab edirəm ki, bu, yerli kənd təsərrüfatı istehsalçıları üçün yaxşı istiqamət olacaq”, - deyə Rusiya prezidenti söyləyib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR