Bank Of Baku

Xakasiyada yeni yanğınlar başlayıb

Xakasiyada yeni yanğınlar başlayıb
# 20 aprel 2015 08:16 (UTC +04:00)

Bakı. Ülkər Bəkirli – APA. Rusiyanın Xakasiya Respublikası ərazisində məşə yaxınlığında daha iki yanğın söndürülüb.

 

APA-nın “TASS”a istinadən verdiyi məlumata görə, 10 hektar sahəni əhatə edən yanğın əhalinin yaşadığı ərazidə təhlükə törədib.

 

Əraziyə təhkim olunmuş mütəxəssislər hazırda Erbinski kəndi yaxınlığındakı 24 hektarlıq meşə zolağındakı yanğınla mübarizə aparırlar.

  

Meşə İdarəçiliyi Departamentindən bildiriblər ki, yanğınlara yenə də quru otun yanması səbəb olub. Qeyd edilib ki, günahkarların müəyyənləşdirilməsi ilə hüquq-mühafizə orqanları və Rusiya Fövqəladə Hallar Nazirliyinin Xakasiya üzrə nümayəndəliyi məşğul olur. 

 

Qeyd edək ki, Xakasiyada 2015-ci ildə 32 meşə yanğını qeydə alınıb. Yanğınlar 183 min hektar meşə zolağını məhv edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR