"Mən beynəlxalq siyasi vəziyyətdən asılı olmayaraq rəqs edirəm".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Jurnalistin "Ötən il beynəlxalq siyasi vəziyyətə uyğun olaraq "Kalinka" rəqsini etdiniz. Bu il hansı rəqsi etməyi planlaşdırırsınız" sualına Rusiya XİN sözçüsü belə cavab verib: "Mən beynəlxalq siyasi vəziyyətdən asılı olmayaraq rəqs edirəm".