Bank Of Baku

Azərbaycan teatrının 136-cı mövsümünün təntənəli açılış mərasimi keçirilib

Azərbaycan teatrının 136-cı mövsümünün təntənəli açılış mərasimi keçirilib
# 15 sentyabr 2008 16:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının qarşısında Azərbaycanda 136-cı teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə paytaxtda fəaliyyət göstərən teatr kollektivləri iştirak ediblər. Dövlət Rus Dram Teatrı, Dövlət Akademik Milli Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı, Pantomim Teatrı və Dövlət Kukla Teatrının kollektivləri hazırladıqları maraqlı nömrələrlə çıxış ediblər. Xalq artistləri Siyavuş Aslan, Yaşar Nuri, Firəngiz Mütəllimova, Nurəddin Mehdixanlı, İlham Əsgərov, İlham Namiq Kamal, Məleykə Əsədova, rejissorlar Mərahim Fərzəlibəyov, Bəhram Osmanov və başqaları mərasimdə çıxış edərək Azərbaycan teatrlarına uğurlar arzulayıblar. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər Azərbaycan teatrının inkişafı ilə əlaqədar görülən işlərdən danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR