Bank Of Baku

ABŞ-ın Luiziana ştatının musiqi qrupu Azərbaycana gəlib - FOTO

ABŞ-ın Luiziana ştatının musiqi qrupu Azərbaycana gəlib - <font color=red>FOTO</font>
# 16 sentyabr 2008 16:24 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ABŞ-da fəaliyyət göstərən “C. J. Chenier and The Red Hot Louisiana Band” adlı musiqi qrupu Azərbaycana gəlib. APA-nın məlumatına görə, qrup sentyabrın 17-də saat 20.30-da Bakı Caz Mərkəzində, sentyabrın 18-də saat 18.30-da isə Sumqayıtda - Kimyaçıların Mədəniyyət Evinin qarşısındakı meydanda pulsuz konsert verəcək. Qrup Luiziana ştatının xalq musiqisi janrı olan və vals, blyuz, rok-n-roll elementlərini özündə ehtiva edən zaydeko stilində musiqilər ifa edir. Qrupun rəhbəri Kleyton Cozef Şenye zaydekonun yaradıcısı Klifton Şenyenin oğludur. Səfər ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR