Bank Of Baku

MDB-yə üzv ölkələrin Mədəni əməkdaşlıq üzrə Şurasının XXIII iclası keçiriləcək

MDB-yə üzv ölkələrin Mədəni əməkdaşlıq üzrə Şurasının XXIII iclası keçiriləcək
# 17 sentyabr 2008 13:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 24-də Qazaxıstanın Almatı şəhərində MDB-yə üzv ölkələrin Mədəni əməkdaşlıq üzrə Şurasının XXIII iclası keçiriləcək. İclasda iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti Almatıya səfər edəcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, iclas müddətində MDB üzvü olan ölkələrinin mədəniyyət sahəsində əməkdaşlıq Konsepsiyası layihəsi, mədəniyyət sahəsində qanunvericiliyin inkişaf perspektivləri, üzv ölkələrin təhsil haqqında milli qanunvericiliklərində mədəniyyət və incəsənət sahəsi ilə bağlı təhsil problemlərinin nizama salınma vəziyyəti müzakirə olunacaq. Tədbirdə MDB üzvü olan ölkələrin Beynəlxalq Simfonik Orkestrinin ifasında mədəni proqramın təşkil olunacağı da gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR