Bank Of Baku

Əbülfəs Qarayev Rusiya Mədəniyyət Nazirliyinin departament müdirini qəbul edib

Əbülfəs Qarayev Rusiya Mədəniyyət Nazirliyinin departament müdirini qəbul edib
# 17 sentyabr 2008 13:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Rusiyanın Mədəniyyət Nazirliyinin Xarici əlaqələr və müasir incəsənət departamentinin müdiri Aleksey Şaloşovu qəbul edib. APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi yönündə atılacaq addımlardan danışılıb. A. Şaloşov bildirib ki, Bakıya MDB ölkələrinin Gənclər Simfonik Orkestrinin konserti ilə əlaqədar gəlib. Ə. Qarayev isə bu konsertdə Azərbaycan musiqiçilərinin də iştirakını yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR