Bank Of Baku

Əbülfəs Qarayev: “Hər bir kanalın musiqi redaksiyası səviyyəsiz musiqilərin efirə buraxılmaması üçün təşəbbüs göstərməlidir”

Əbülfəs Qarayev: “Hər bir kanalın musiqi redaksiyası səviyyəsiz musiqilərin efirə buraxılmaması üçün təşəbbüs göstərməlidir”
# 18 sentyabr 2008 08:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Hər bir kanalın musiqi redaksiyası səviyyəsiz, bayağı musiqilərin efirə buraxılmaması üçün təşəbbüs göstərməlidir. Mənim tövsiyəm budur ki, onlar Azərbaycan televiziyasında ciddi, klassik xalq musiqisinə geniş yer versinlər və əsil musiqi incilərini təbliğ etsinlər”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir müasir musiqi ilə yanaşı, gənclərimizin dünyagörüşünün formalaşması üçün klassik musiqinin təbliğinin də zəruriliyini bildirib: “Televiziya kanallarının rəhbərləri ilə Mədəniyyət və Turizm Nazirliyi arasında xüsusi bir saziş imzalamışdıq. O sazişdə Azərbaycanın milli ənənə və dəyərlərinin qorunması, Azərbaycan xalqının mentalitetinə, təfəkkürünə xələl gətirən verilişlərin qarşısının alınması nəzərdə tutulurdu. Ümidvaram ki, bu sazişin həyata keçirilməsini hər birimiz istəyirik. Musiqimiz bu gün daha ciddi, peşəkar və Azərbaycan mədəniyyətinə uyğun şəkildə təbliğ olunmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR