Bank Of Baku

Gənc Tamaşaçılar Teatrı “Düzü düz, əyrini əyri və yaxud məsuliyyət dərsi” tamaşasını hazırlayır

Gənc Tamaşaçılar Teatrı “Düzü düz, əyrini əyri və yaxud məsuliyyət dərsi” tamaşasını hazırlayır
# 18 sentyabr 2008 10:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “Azersun Holding”lə birlikdə “Düzü düz, əyrini əyri və yaxud məsuliyyət dərsi” layihəsi həyata keçirir. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, layihəyə əsasən Bəhri Fatehin “Düzü düz, əyrini əyri və yaxud məsuliyyət dərsi” pyesi əsasında tamaşanın məşqlərinə başlanıb. Tamaşanın bədii rəhbəri Bəhram Osmanov, quruluşçu rejissoru Loğman Kərimov, tərtibatçı rəssamı Faiq Osmanov, musiqi tərtibatçısı İnşallah Hüseynov, rejissor assistenti İlhamə Əhmədovadır. Rollarda xalq artisti Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Rahib Əliyev, aktyorlar Atabala Səfərov, Ələsgər Qurbanəliyev, Bəxtiyar Kərimov, Mehriban Hüseynova, Nuriyyə Babayeva, Elşən Şıxəliyev, Elnur Kərimov, Nuranə Əhmədova, Ceyhun Məmmədov çıxış edəcəklər. Tamaşanı oktyabrın ikinci yarısında təhvil vermək nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR