Bank Of Baku

Azərbaycanın mədəniyyət xadimləri MDB-yə üzv dövlətlərin ziyalılarının III Forumunda iştirak edirlər

Azərbaycanın mədəniyyət xadimləri MDB-yə üzv dövlətlərin ziyalılarının III Forumunda iştirak edirlər
# 18 sentyabr 2008 12:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın mədəniyyət xadimləri Tacikistanın Düşənbə şəhərində keçirilən MDB üzvü olan dövlətlərin elm və yaradıcı ziyalılarının III Forumunda iştirak edirlər. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu, MDB ölkələrinin Humanitar Əməkdaşlığının inkişafı və mədəniyyətlərinin dialoqunun keçirilməsi ənənəsinin davamı hesab olunur. Azərbaycan nümayəndə heyətinin tərkibinə Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Bəstəkarlar İttifaqının katibi Eldar Mansurov, Mədəniyyət və Turizm Nazirliyinin kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova və başqaları daxildir. Məlumata görə, bu ilki forumun baş mövzusu MDB məkanında mədəniyyətlərarası dialoqunun inkişafı və MDB xalqlarının tərəqqisinə həsr olunur. Forumda müasir dövrdə mütaliə ənənələrinin bərpası məsələlərinə, milli ədəbiyyatların dəstəklənməsinə, qarşılıqlı tərcüməsinə, kitabxana işinə xüsusi önəm verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR