Bank Of Baku

Azərbaycan və Litva filarmoniyaları arasında əməkdaşlığa dair protokol imzalanıb

Azərbaycan və Litva filarmoniyaları arasında əməkdaşlığa dair protokol imzalanıb
# 18 sentyabr 2008 13:50 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası və Litva Milli Filarmoniyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. APA-nın məlumatına görə, sənədi Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə və Litva Filarmoniyasının baş direktoru Ruta Pruseviçiene imzalayıblar. Xanım Pruseviçiene jurnalistlərə bildirib ki, əməkdaşlıqda məqsəd 90-cı illərə qədər Litva ilə Azərbaycan arasında mövcud olmuş mədəni əlaqələri bərpa etməkdir. O, Litva musiqisevərlərinin Üzeyir Hacıbəyov, Qara Qarayev, Arif Məlikov kimi Azərbaycan bəstəkarlarını çox yaxşı tanıdıqlarını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR