Bank Of Baku

“Azərbaycan bəstəkarlıq irsinin tədqiqi - dünən və bu gün” mövzusunda elmi-praktik konfrans keçirilib

“Azərbaycan bəstəkarlıq irsinin tədqiqi - dünən və bu gün” mövzusunda elmi-praktik konfrans keçirilib
# 18 sentyabr 2008 14:51 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan Bəstəkarlar İttifaqı və Musiqi Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə “Azərbaycan bəstəkarlıq irsinin tədqiqi - dünən və bu gün” mövzusunda elmi-praktik konfrans keçirilib. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda qurumun sədri, xalq artisti Firəngiz Əlizadə, professor Zemfira Səfərova, musiqişünas Nərgiz Şəfiyeva və başqalarının Azərbaycan bəstəkarlıq irsinin tədqiqinə dair məruzələri dinlənilib.

İttifaqdan verilən digər xəbərdə isə bildirilir ki, sentyabrın 19-26-da Rusiyanın Samara şəhərində keçiriləcək Beynəlxalq Musiqi Festivalında Azərbaycanı qurumun İdarə Heyətinin katibi, xalq artisti Ramiz Zöhrabov təmsil edəcək. Digər katib, əməkdar incəsənət xadimi Eldar Mansurov isə Müstəqil Dövlətlər Birliyi ölkələrinin yaradıcı ziyalılarının Düşənbədə təşkil olunan forumunda iştirak etmək üçün Tacikistana yola düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR