Bank Of Baku

Üzeyir Hacıbəyovun Ev Muzeyində tədbir keçirilib

Üzeyir Hacıbəyovun Ev Muzeyində tədbir keçirilib
# 18 sentyabr 2008 14:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Üzeyir Hacıbəyovun Ev Muzeyində Milli Musiqi Günü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə dahi bəstəkarın 1907-ci ildə çap etdirdiyi ana dilimizdə ilk hesab kitabının yeni variantı təqdim edilib. “Hesab məsələləri” adlanan kitab akademik Hüseyn Əhmədov tərəfindən hazırlanıb. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, görkəmli bəstəkarın Ev Muzeyinin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcov və akademik Hüseyn Əhmədov çıxışlarında Üzeyir bəyin Azərbaycan mədəniyyətində danılmaz xidmətlərinin olduğunu və böyük iz qoyduğunu bildiriblər. Tədbir konsert proqramı ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR