Bank Of Baku

Əbülfəs Qarayev fəxri adlara layiq görülmüş bir qrup mədəniyyət və incəsənət xadimi ilə görüşüb

Əbülfəs Qarayev fəxri adlara layiq görülmüş bir qrup mədəniyyət və incəsənət xadimi ilə görüşüb
# 19 sentyabr 2008 13:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısının sərəncamı ilə xalq, əməkdar artist və əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş bir qrup mədəniyyət və incəsənət xadimi ilə görüşüb. APA-nın məlumatına görə, Ə. Qarayev vaxtaşırı çoxsaylı mədəniyyət işçilərinə fəxri adların verilməsini dövlət rəhbərliyinin mədəniyyətə ayrırdığı diqqət və qayğı ilə əlaqələndirib: “Sizi əmin edirəm ki, mədəniyyətimiz hər zaman dövlətimizin diqqət mərkəzindədir. Bu gün mədəniyyət ocaqlarında aparılan əsaslı təmir, fəxri adların, təqaüdlərin verilməsi və neçə-neçə belə işlər bunun bariz nümunəsidir”.

Tədbirdə xalq artisti adına layiq görülmüş Tofiq İsmayılov, Ramiz Əzizbəyli, Elza İbrahimova, Ağadadaş Ağayev, əməkdar incəsənət xadimi adına layiq görülmüş İranə Tağızadə, Əbdül Mahmudbəyli, Yavər Rzayev, əməkdar artist adını almış Firdovsi Atakişiyev, Fuad Osmanov, Suğra Bağırzadə və başqaları iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR