Bank Of Baku

MDB məkanındakı abidələrin qırmızı kitabı hazırlanacaq

MDB məkanındakı abidələrin qırmızı kitabı hazırlanacaq
# 22 sentyabr 2008 11:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. MDB ölkələrinin yaradıcı və elm ziyalılarının Düşənbə şəhərində keçirilən III Forumu çərçivəsində aparılan müzakirələrdə MDB məkanındakı daşınmaz abidələrin qırmızı kitabının hazırlanması qərara alınıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, MDB Parlamentlərarası Assambleyasından daxil olmuş daha bir təklif dini qurumlara qaytarılan abidələr haqqında olub. Problemin əsas mahiyyəti dini təşkilatlara qaytarılan abidələrin mühafizəsinin təşkilidir. Azərbaycan nümayəndə heyətinin mədəni irsin qorunmasına, diyarşünaslığa dair fondların zənginləşdirilməsi məqsədilə MDB ölkələrinin kitabxanalarında saxlanılan sənədlərin, yaxud onların surətlərinin qarşılıqlı mübadiləsi, “MDB-nin kitab abidələri” portalının yaradılması, bilinqvistik kitab nəşri layihələrin dəstəklənməsi təklifləri forumun qətnaməsinə daxil edilib. Forumda səslənən bütün təkliflər 1 ay müddətində ümumiləşdirilərək MDB ölkələrinə göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR