Bank Of Baku

“Günaydın mələyim” filminin premyerası keçiriləcək

“Günaydın mələyim” filminin premyerası keçiriləcək
# 22 sentyabr 2008 12:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Oktyabrın 4-də “Azərbaycan” kinoteatrında dövlət sifarişi ilə istehsal olunmuş “Günaydın mələyim” bədii filminin premyerası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən APA-ya bildirilib ki, film premyeradan bir neçə gün əvvəl mətbuat nümayəndələrinə təqdim olunacaq. Qarabağ müharibəsi və onun ağır nəticələrindən bəhs olunan filmin bəzi çəkilişləri Bakıda, Pirqulu və Xızı dağlarında aparılıb. Ağır psixoloji süjet üzərində qurulan ekran əsərində Mədinə adlı qızın həyatından və məhəbbətindən danışılır. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Oqtay Mirqasımov, quruluşu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Mayis Ağabəyov, Nazim Bəykişiyev, bəstəkarı Elmar Feldir. Filmə Ayan Mirqasımova, Bəsti Cəfərova, Fuad Poladov, Telman Adıgözəlov, Şamil Süleymanov, Bəxtiyar Xanızadə, Cəfər Namiq Kamal, Qurban İsmayılov və digər aktyorlar çəkiliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR