Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ağdam, Füzuli, Tərtər və Bərdə rayonlarında konsertlər keçirilir

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ağdam, Füzuli, Tərtər və Bərdə rayonlarında konsertlər keçirilir
# 23 sentyabr 2008 13:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ağdam, Füzuli, Tərtər və Bərdə rayonlarında konsertlər keçirilir. Nazirliyin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, layihə çərçivəsində ilk konsert sentyabrın 22-də keçirilib. Layihənin keçirilməsində məqsəd cəbhə bölgələrində yerləşən hərbi hissələrə və qaçqın şəhərciklərində yaşayan əhaliyə mədəni xidmətin gücləndirilməsidir. Tədbirlərin bədii rəhbəri, əməkdar incəsənət xadimi Nailə Mirməmmədlidir. Konsertlərdə müğənnilər Nurlan Əzizbəyli, Xuraman Şuşalı, Elnur Quliyev, Elçin Şərifzadə, Şahnaz Əliyeva və İlkin Əhmədov çıxış edəcəklər. Konsertlərin təşkili sentyabrın 26-na kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR