Bank Of Baku

“Prezident İlham Əliyev və mədəniyyət” adlı toplu nəşr olunub

“Prezident İlham Əliyev və mədəniyyət” adlı toplu nəşr olunub
# 09 oktyabr 2008 13:49 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Mədəniyyət və Turizm Nazirliyi ilə Prezident Kitabxanasının birgə layihəsi əsasında “Prezident İlham Əliyev və mədəniyyət” adlı iki cildlik toplu nəşr olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəşrdə Azərbaycan prezidenti İlham Əliyevin son 5 il ərzində mədəniyyət sahəsindəki fəaliyyəti, bu sahədə baş verən yeniliklər əksini tapıb. Toplunun I cildində İ. Əliyevin mədəniyyət müəssisələrinin açılışında iştirakı, mədəniyyət xadimləri ilə görüşləri, nitq və çıxışları, mədəniyyət xadimlərinə göndərdiyi təbriklər yer alıb. II cilddə isə prezidentin mədəniyyət, ədəbiyyat, tarixi-mədəni irs və milli-mənəvi dəyərlər haqqında fikirləri, mədəniyyət sahəsinə aid sərəncamları, fərmanları yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR