Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib
# 10 oktyabr 2008 09:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin prezident seçkilərindən əvvəl sonuncu kollegiya iclası keçirilib. APA-nın məlumatına görə, kollegiya iclasında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev son beş il ərzində hər iki sahədə ciddi irəliləyişlər əldə olunduğunu deyib: “Dövlətin hər iki sahəyə göstərdiyi qayğını qeyd etməmək mümkün deyil. Hamıya məlumdur ki, həm paytaxtdakı, həm də regionlardakı mədəniyyət ocaqlarında əsaslı təmir işləri aparılır. Əsas vəzifələrimizdən biri də kino sahəsinin inkişafı yönündə işlər görməkdir. Bununla bağlı 2008-2018-ci illəri əhatə edən Dövlət Proqramında yer alan vəzifələri həyata keçirmək vacibdir”. Nazir kino sahəsində kadr hazırlığı problemindən narahatlığını bildirib: “Kino sahəsinin inkiaşfı üçün müasir, gənc kadrlar hazırlanmalıdır. Yaxın vaxtlarda bu işə başlanılmalıdır. Bununla yanaşı, kütləvi mədəniyyət sahəsinin inkişafı üçün də işlər görülməlidir”.

Ə. Qarayev dekabrda cənub bölgəsində musiqi təhsili, qərb bölgəsində isə qoruq və tarixi abidələrə həsr olunmuş səyyar kollegiya iclaslarının keçiriləcəyini söyləyib. Dekabrın 2-3-də Avropa mədəniyyət nazirlərinin Bakıda keçiriləcək toplantısının önəmini xüsusi qeyd edən Ə. Qarayev beynəlxalq səviyyəli bu tədbirə hazırlığın başlandığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR