Bank Of Baku

Əbülfəs Qarayev: “Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən mətbu orqanlarının iş şəraiti yaxşılaşdırılacaq”

Əbülfəs Qarayev: “Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən mətbu orqanlarının iş şəraiti yaxşılaşdırılacaq”
# 10 oktyabr 2008 10:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən mətbu orqanlarının iş şəraiti yaxşılaşdırılacaq. Bu mətbuat vasitələrində mədəniyyət və turizm mövzusu geniş təbliğ olunur və biz bu nəşrlərin səviyyəsini yüksəltməyə çalışacağıq”. APA-nın məlumatına görə, bu açıqlamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. O, nazirliyin nəşrləri üçün Dövlət Film Fondunun yeni tikilən binasının sonuncu mərtəbəsində xüsusi yer ayrılacağını bildirib: “Pəncərə”, “Mədəni-maarif” jurnalları, “Mədəniyyət” qəzeti artıq normal şəraitdə fəaliyyət göstərəcək. Bu isə həmin mətbu orqanların keyfiyyətinin artmasına səbəb olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR