Bank Of Baku

Ağarza Quliyevin 110 illik yubileyi keçiriləcək

Ağarza Quliyevin 110 illik yubileyi keçiriləcək
# 14 oktyabr 2008 09:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın ilk rejissorlarından biri, əməkdar incəsənət xadimi Ağarza Quliyevin 110 illik yubileyi keçiriləcək. Dövlət Film Fondunun direktoru Cəmil Quliyev APA-ya bildirib ki, yubiley mərasimi oktyabrın sonlarında Muzey Mərkəzində olacaq. Həmin gün muzeyin foyesində rejissorun həyat və yaradıcılığından bəhs edən fotoşəkillərin sərgisi də nümayiş etdiriləcək.

Qeyd edək ki, A. Quliyev “Almaz”, “35-ci il”, “Yeni qorizont - 41”, “Qara daşlar”, “Səhər”, “Ulduz”, “Mən ki gözəl deyildim” və digər tanınmış filmlərin rejissoru olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR