Azərbaycan təmsilçiləri Yekaterinburq operetta və müzikl beynəlxalq mədəni konqresində iştirak edəcəklər
14 oktyabr 2008 11:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Oktyabrın 24-29-da Yekaterinburqda keçiriləcək operetta və müzikl beynəlxalq mədəni konqresində Azərbaycan da iştirak edəcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. Tədbirdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, teatrın solistləri İnarə Babayeva, Ramil Qasımov və konsertmeystr Emin Həsənov iştirak edəcəklər. Konqresdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə. Lalayevin çıxışı nəzərdə tutulur.
Mədəniyyət siyasəti
Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Gamesummit - 2024” festivalının açılış mərasimi olub - FOTO
10:51
2 iyun 2024
Gəncədə "Cücələrim" uşaq festivalına start verilib
09:33
31 may 2024
Rəqəmsal yaradıcı həftəsonu elan olunur
15:30
30 may 2024
Əməkdar artist Elşən Rüstəmov: “İtkin gəlin”dəki rolumdan sonra mənə deyirdilər, gəl toyumuzda tamada ol - MÜSAHİBƏ
13:42
30 may 2024