Bank Of Baku

Dövlət Pantomim Teatrının kollektivi Misirdə keçirilən beynəlxalq teatr festivalında uğurla çıxış edib

Dövlət Pantomim Teatrının kollektivi Misirdə keçirilən beynəlxalq teatr festivalında uğurla çıxış edib
# 18 oktyabr 2008 10:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dövlət Pantomim Teatrının kollektivi XX Misir ekspremental beynəlxalq teatr festivalında uğurla çıxış edib. Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsindən APA-ya bildirilib ki, Qahirədə keçirilən beynəlxalq teatr festivalında teatrın yaradıcı kollektivinin ifasında iki dəfə “Maska” tamaşası nümayiş etdirilib. Z. Zeynalovun eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Bəxtiyar Xanızadədir. Tamaşada qadın obrazını canlandıran Nargilə Qəribovanın ifası olduqca yüksək qiymətləndirilib və aktrisa bir sıra ölkələrə səfər təklifi alıb. Pantomim Teatrının festival çərçivəsində keçirilən müsabiqədə də iştirakı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR