Bank Of Baku

Qarsda Qafqaz xalqlarının tarixi ilə bağlı elmi simpozium keçirilib

Qarsda Qafqaz xalqlarının tarixi ilə bağlı elmi simpozium keçirilib
# 18 oktyabr 2008 19:21 (UTC +04:00)
Tədbirdə Qafqaz xalqlarının tarixi ilə bağlı 50 alimin məruzəsi dinlənilib. Elə bu əsnada da məlum olub ki, Türkiyədə Qafqaz xalqlarının tarixi ilə bağlı az məlumat var.

Y. Aslan deyib ki, bundan sonra universitetlərdə Qafqaz xalqları ilə bağlı elmi-araşdırma institutlarının yaradılmasına diqqət yetiriləcək. Hətta Qarsdakı Qafqaz Universitetinin elmi şurası bununla bağlı qərar da qəbul edib: “ Türkiyədə demək olar ki, bütün Qafqaz xalqlarının nümayəndələri yaşadığına görə, tədqiqatların bütün universitetlərimizdə aparılması vacibdir”.

Professor bildirib ki, ermənilər simpoziumda iştirak etməyiblər, bunun səbəbi isə ona bəlli deyil. Lakin Azərbaycan tədbirdə nümayəndə heyəti ilə təmsil olunub: “Müzakirələr zamanı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə də söhbət aparıldı. Mən Türkiyənin bu münaqişədə qeyd-şərtsiz Azərbaycanın yanında olduğunu vurğuladım. Orda bildirdim ki, Türkiyə Qafqazdakı proseslərdə Rusiyanı və ya ABŞ-ı dəstəkləməsə də, torpaqlarını işğaldan xilas etməsi üçün Azərbaycanı həmişə dəstəkləməlidir. Türkiyə Qafqazda Azərbaycanın tərəfdaşı olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR