Bank Of Baku

Antalyada “Azərbaycan kinosu 110” adlı fotosərgi təşkil olunub

Antalyada “Azərbaycan kinosu 110” adlı fotosərgi təşkil olunub
# 20 oktyabr 2008 09:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyədə keçirilən 45-ci “Qızıl portağal” və IV Avrasiya film festivalları çərçivəsində “Azərbaycan kinosu 110” adlı fotosərgi təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən APA-ya bildirilib ki, oktyabrın 19-da Antalya Muzeyində sərginin açılışı olub. Azərbaycan kinosunun 110 illiyinə həsr olunmuş sərginin açılışında TÜRKSOY-un baş müdiri Dusen Kaseinov və Antalyanın mədəniyyət və turizm müdiri İbrahim Acar iştirak edib. Azərbaycanın kino tarixindən bəhs edən fotosərgidə 60 əsər nümayiş olunur. Sərginin nümayişi iki gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR