Bank Of Baku

ABŞ-da erməni musiqiləri adı altında buraxılan diskə mütəxəssis rəyi bu həftə veriləcək

ABŞ-da erməni musiqiləri adı altında buraxılan diskə mütəxəssis rəyi bu həftə veriləcək
# 20 oktyabr 2008 11:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Müəllif Hüquqları Agentliyi Nyu-Yorkda (ABŞ) “Tradisional Grossroad” şirkəti tərəfindən erməni musiqiləri adı altında buraxılan Azərbaycan musiqilərindən ibarət kompakt diski rəy vermək üçün Bakı Musiqi Akademiyasına təqdim edib. Agentliyinin hüquq şöbəsinin müdiri Xudayat Həsənlinin APA-ya verdiyi məlumata görə, disk Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən MHA-ya bu ilin avqustunda daxil olub. Bu həftə Bakı Musiqi Akademiyasından mütəxəssis rəyi alınacağını bildirən Xudayat Həsənli deyib ki, bundan sonra təmsil etdiyi qurum faktla bağlı müvafiq addımlar atacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR