“Bakı gecələri”nin növbəti konserti keçiriləcək
22 oktyabr 2008 08:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Oktyabrın 24-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Bakı gecələri” adlı estrada mahnı müsabiqəsinin növbəti konserti keçiriləcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-ya bildirilib ki, 22 müğənninin mübarizə aparacağı konsertdə tanınmış müğənnilərin ifası da olacaq. Mahnıları yeddi nəfərdən ibarət münsiflər heyəti qiymətləndirəcək və nəticələr hər 5 mahnıdan bir elan ediləcək. Münsiflər heyətində Eldar Mansurov, Natəvan Şeyxova, Qulu Ağsəs, Mənzər Nurəliyeva, Mübariz Tağıyev, Bəxtiyar Xanızadə və Azad Şükürov təmsil olunur. İkinci mərhələnin üçüncü konserti noyabr ayının son ongünlüyündə keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən peşəkar müğənnilər noyabrın birinci ongünlüyündə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə müraciət edə bilərlər.
Mədəniyyət siyasəti
Azərbaycan milli mətbəxi Türkmənistanda təqdim olunub
13:30
4 may 2024
Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini bölüşməyə hazırdır
19:40
3 may 2024
Nazirlik "Azərbaycanfilm" və Nizami Kino Mərkəzinin AKİ-yə verilməsi təklifinə münasibət bildirib
19:34
3 may 2024
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
18:08
3 may 2024