Bank Of Baku

Bakıda Belarus filmi nümayiş etdirilib

Bakıda Belarus filmi nümayiş etdirilib
# 22 oktyabr 2008 14:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanda Belarus Mədəniyyə Günləri çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqında “Qara pişiyin belində” Belarus filminin nümayişi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən bu cür tədbirləri yüksək qiymətləndirdiyini deyib. Azərbaycan kinosu haqqında məlumat verən nazir müavini, son illərdə Azərbaycanda əsasən Qarabağ mövzusunda filmlərin çəkildiyini qedy edib. S. Məmmədəliyeva Azərbaycan filmlərinin Belarusda, Belarus filmlərinin isə Azərbaycanda nümayişinin daha müntəzəm hal almasını zəruri hesab edib. Belarus mədəniyyət nazirinin müavini Vladimir Qridyuşko mədəniyyət günləri çərçivəsində belaruslu rejissorlarun istehsal etdiyi iki filmin nümayiş etdiriləcəyini deyib. Nazir müavini kino sahəsində Azərbaycanla müşətərək işbirliyinin həyata keçirmək təklifini də irəli sürüb. Tədbirin sonunda isə “Qara pişiyin belində” Belarus filmi göstərilib.
Oktyabrın 23-də isə Azərbaycan Kinematoqrafçılar İttifaqında “Vətən qalxanı” Belarus filmi nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR