Kinorejissor və aktyor Ceyhun Mirzəyevin xatirə gecəsi keçiriləcək
28 oktyabr 2008 09:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dövlət Film Fondunun təşkilatçılığı ilə əməkdar incəsənət xadimi, dövlət mükiafatı laureatı, kinooperator Şərif Şərifovun 70 illik yubileyi keçiriləcək. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, tədbir noyabrın 7-də Azərbaycan Kinematoqrafçılar İttifaqında keçiriləcək. C. Quliyev bildirib ki, Ş. Şərifov “Qərib cinlər diyarında”, “Yol əhvalatı”, “Şir evdən getdi”, “Asif, Vasif, Ağasif”, “Sifarişçi” və başqa populyar filmlərin operatoru olub.
Noyabr ayında fondun təşəbbüsü ilə görkəmli rejissor, eyni zamanda bir çox filmlərdə yaddaqalan obrazlar yaradan Ceyhun Mirzəyevin xatirə gecəsi keçiriləcək. Xatirə gecəsində C. Mirzəyevin həyat və yaradıcılığından söz açılacaq, eyni zamanda onun rejissoru olduğu və oynadaığı filmlərdən fraqmentlər nümayiş etdiriləcək. C. Mirzəyev yaradıcılığı dövründə “Dənizdən işarə”, “Bəyin oğurlanması”, “Fəryad” və digər filmlərdə rejissor, “Ögey ana”, “Qara qağayı”, “Yol əhvalatı”, “Qanun naminə”, “Yenilməz batalyon”, “Lətifə”, “Fəryad”, “Bir məhəllədə iki nəfər”, “İstintaq davam edir”, “Dəli kür”, “Atları yəhərləyin” filmlərində isə aktyor kimi çıxış edib.

Mədəniyyət siyasəti
Azərbaycan milli mətbəxi Türkmənistanda təqdim olunub
13:30
4 may 2024
Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini bölüşməyə hazırdır
19:40
3 may 2024
Nazirlik "Azərbaycanfilm" və Nizami Kino Mərkəzinin AKİ-yə verilməsi təklifinə münasibət bildirib
19:34
3 may 2024
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
18:08
3 may 2024