“Vaqif” tamaşasının səhnəyə qoyulmasının 70 illiyi qeyd edilib
28 oktyabr 2008 12:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün M. F. Axundov adına Milli Kitabxanada Səməd Vurğunun “Vaqif” pyesi əsasında hazırlanmış eyni adlı tamaşanın səhnəyə qoyulmasının 70 illiyi qeyd edilib. APA-nın məlumatına görə, tədbir Səməd Vurğunun Ev Muzeyi, Səməd Vurğun Fondu və Milli Kitabxananın birgə təşkialtçılığı ilə keçirilib. Tədbirdə çıxış edən Səməd Vurğunun qızı, həm fondun, həm də muzeyin direktoru Aybəniz Vəkilova “Vaqif” tamaşasının ilk dəfə 1938-ci ilin oktyabrın 5-də nümayiş etdirildiyini, həmin il oktyabrın 13-də isə tamaşanın premyerasının keçirildiyini xatırladıb. Akademik Bəkir Nəbiyev bu günə kimi hansısa tamaşanın 30 və ya 40 illik yubileyinin keçirilməsinin şahidi olmadığını söyləyib: “Bu tamaşa Azərbaycan teatrı yaşadıqca yaşayacaq və yaddaşlardan silinməyəcək”.
Tədbirdə tamaşanın ilk rejissoru olmuş Adil İsgəndərovun lent yazısı da dinlənilib. Mərhum rejissor deyir: “Səməd Vurğun öz işini çox sevən bir şəxsiyyətdir. Mən bir çox dramaturqlarla işləmişəm, ancaq Səməd Vurğunla işlədiyim zamanlarda aldığım zövqü heç birindən almamışam”.
Yubiley tədbirində “Vaqif” tamaşasının köhnə video yazıları və tamaşa zamanı çəkilmiş fotoşəkillər də nümayiş etdirilib.

Mədəniyyət siyasəti
Azərbaycan milli mətbəxi Türkmənistanda təqdim olunub
13:30
4 may 2024
Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini bölüşməyə hazırdır
19:40
3 may 2024
Nazirlik "Azərbaycanfilm" və Nizami Kino Mərkəzinin AKİ-yə verilməsi təklifinə münasibət bildirib
19:34
3 may 2024
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
18:08
3 may 2024