Londonda musiqi təhsili alan həmyerlimiz Hollandiyada keçirilən fortepiano müsabiqəsinin qalibi olub
29 oktyabr 2008 07:56 (UTC +04:00)
London. Viktoriya Dementyeva-APA. Londonda musiqi təhsili alan azərbaycanlı Günel Mirzəyeva Hollandiyanın Enshede şəhərində keçirilən fortepiano müsabiqəsinin qalibi olub. Bu barədə APA-ya Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib. Günel Mirzəyeva hazırda Londonun Guildhall Musiqi və Dram Kollecində fortepiano üzrə bakalavr pilləsində təhsil alır. Qeyd edək ki, Gənc Musiqiçilər üçün Beynəlxalq Müsabiqə adlı musiqi yarışması 17-24 oktyabr tarixdə keçirilib. Beynəlxalq müsabiqədə əsasən yaşı 21-dən yuxarı olmayan gənc musiqiçilər iştirak etmək hüququna malikdir. Rusiya, Ermənistan, Gürcüstan və digər Avropa ölkələrindən 50-ə qədər musiqiçinin iştirak etdiyi müsabiqədə Günel Mirzəyeva ölkəmizi layiqincə təmsil edərək müsabiqənin qalibi adına layiq görülüb.
Mədəniyyət siyasəti
Azərbaycan milli mətbəxi Türkmənistanda təqdim olunub
13:30
4 may 2024
Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini bölüşməyə hazırdır
19:40
3 may 2024
Nazirlik "Azərbaycanfilm" və Nizami Kino Mərkəzinin AKİ-yə verilməsi təklifinə münasibət bildirib
19:34
3 may 2024
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
18:08
3 may 2024