Bakı Muzey Mərkəzi və Norveçin Stavanger Arxeologiya Muzeyi arasında əməkdaşlıq çərçivəsində növbəti seminar-treninqlər başlayıb
30 oktyabr 2008 16:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bakı Muzey Mərkəzi və Norveçin Stavanger şəhərinin Arxeologiya Muzeyi arasında bağlanmış əməkdaşlıq sazişi çərçivəsində nəzərdə tutulan seminar-treninqlərin 3-cü mərhələsi başlayıb. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, seminar noyabrın 4-dək davam edəcək. Məqsəd təcrübə mübadiləsi nəticəsində hər iki ölkənin muzey işçilərinin səriştəsinin artırılması və bundan irəli gələn vəzifələr, məsuliyyət və tələblərə uyğun professional məlumatla təmin edilməsidir. Layihə çərçivəsində noyabrın 3-də Muzey Mərkəzində “Azərbaycan – Norveç: təəssüratlar dialoqu” sərgisinin açılması planlaşdırılır. Bu sərgi “Azərbaycan və Norveç muzeyləri; qarşılıqlı əməkdaşlıq” beynəlxalq layihə çərçivəsində hazırlanıb və yekun xarakteri daşıyır.
Xatırladaq ki, Azərbaycan və Norveç muzeylərinin əlaqələrini genişləndirmək məqsədilə 2007-ci il sentyabrın 24-də Stavanger Arxeologiya Muzeyi və Bakı Muzey Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişdə iki ölkənin muzey əməkdaşları arasında təcrübə mübadiləsi və onların ixtisaslarının artırılması üçün 3 mərhələdən ibarət seminar-treninqlərin keçirilməsi nəzərdə tutulub. 1-ci mərhələ 21-29 fevral 2008-ci il tarixlərində Bakı şəhərində, 2-ci mərhələ isə 19-30 may 2008-ci il tarixlərində Norveçin Oslo və Stavanger şəhərlərində keçirilib.

Mədəniyyət siyasəti
Nazir müavini: Ağdamın mədəni-tarixi irsi Ermənistana daşınıb
12:53
3 may 2024
Adil Kərimli Slovakiya Mədəniyyət Nazirliyinin dövlət katibi ilə görüşüb
18:51
2 may 2024
Mədəniyyət naziri UNESCO yanında daimi nümayəndələrlə görüşüb
15:42
2 may 2024
Nazirlik: 163 abidə mina və sursat partlayışı riski olan ərazilərdədir, inventarlaşdırılması aparılmayıb
15:26
2 may 2024