Türk dövlətlərində məşhur Türkiyə filmlərinin nümayişi keçirilir
03 noyabr 2008 14:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türk dövlətlərində Türkiyədə istehsal olunmuş məşhur filmlərin nümayişi keçirilir. Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyindən APA-ya verilən məlumata görə, “Türkiyədən kino var” devizi altında keçirilən film nümayişləri oktyabrın 22-dən start götürüb və noyabrın 22-dək davam edəcək. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin bu layihəsinə Xarici İşlər Nazirliyi ilə bərabər TİKA (Türk İşbirliyi və İnkişaf Agentliyi) və TÜRKSOY (Türk Mədəniyyət və Sənətləri Ortaq İdarəsi) də dəstək veriblər. Layihədə məqsəd Orta Asiya türk cümhuriyyətləri ilə tarixi, mədəni, sosial əlaqələrin gücləndirilməsidir. Layihə çərçivəsində Türkiyədə son illərdə istehsal olunan, ölkədaxili festivallarla yanaşı, Kann, Monpelye, Seul, Hyuston, Saloniki və San-Sebastyan kimi beynəlxalq festivallarda mükafatlara layiq görülmüş filmlər nümayiş etdirilir. Türkiyəli rejissorlar, yazıçılar və aktyorların da iştirak edəcəyi nümayiş həftələri Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Azərbaycan və Özbəkistanda keçiriləcək. Hər ölkədə bir filmin qalası keçiriləcək və qalalarda o filmə çəkilmiş aktyorlar da iştirak edəcəklər. Nümayişlər hər ölkənin öz dilində hazırlanan altyazılarla göstəriləcək.
Mədəniyyət siyasəti
Nazir müavini: Ağdamın mədəni-tarixi irsi Ermənistana daşınıb
12:53
3 may 2024
Adil Kərimli Slovakiya Mədəniyyət Nazirliyinin dövlət katibi ilə görüşüb
18:51
2 may 2024
Mədəniyyət naziri UNESCO yanında daimi nümayəndələrlə görüşüb
15:42
2 may 2024
Nazirlik: 163 abidə mina və sursat partlayışı riski olan ərazilərdədir, inventarlaşdırılması aparılmayıb
15:26
2 may 2024