Bank Of Baku

Gürcüstan Dövlət Akademik Teatrının kollektivi Azərbaycana gəlib

Gürcüstan Dövlət Akademik Teatrının kollektivi Azərbaycana gəlib
# 03 noyabr 2008 14:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Ş. Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrının kollektivi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Teatr görüşləri” adlı beynəlxalq layihə çərçivəsində Bakıya gəlib. APA-nın məlumatına görə, bu gün teatrın kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin və Azərbaycanın tanınmış incəsənət xadimlərinin, o cümlədən ötən həftə dəfn olunan Müslüm Maqomayevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Bakıya gələn 39 nəfərlik aktyor heyətinin tərkibində məşhur “Ad günü ” filmində Əli obrazını yaradan Azərbaycanın dövlət mükafatı laureatı David Uplisaşvili və “Əhməd haradadır” filmində Ceyran rolunu oynayan Nona Paçuaşvili də var. Jurnalistlərə açıqlama verən D. Uplisaşvili Azərbaycana gəlməkdən çox məmnun olduğunu bildirib: “Bu layihəyə dəvət olunan gündən çox həyəcanlıyam. Mənim Bakıda çox gözəl və xoş xatirlərim olub. Azərbaycan tamaşaçısı qarşısında növbəti çıxışı səbirsizliklə gözləyirəm və çoxlu alqışlar arzusundayam”.

Qeyd edək ki, qonaqlar Musiqili Komediya Teatrının səhnəsində “O, insandırmı?”, “Darispanın iztirabları” və “Hamlet” tamaşaları ilə çıxış edəcəklər. Səfər müddətində bu günlərdə 70 illiyini qeyd edən məşhur gürcü rejissoru, teatrın bədii rəhbəri Robert Sturua və dünya şöhrətli bəstəkar Giya Kançeli də Bakıda olacaqlar.

Onu da xatırladaq ki, Gürcüstan Dövlət Akademik Teatrının Bakıya son qastrol səfəri 40 il bundan əvvəl baş tutub.



.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR