Akademik Kamal Talıbzadənin 85 illik yubileyi münasibəti ilə tədbir keçirilib
05 noyabr 2008 11:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Abdulla Şaiqin mənzil-muzeyində akademik Kamal Talıbzadənin 85 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva K.Talıbzadənin həyat və yaradıcılığı haqqında danışıb. Nazir müavini K. Talıbzadənin Abdulla Şaiq nəslinin, Abdulla Şaiq ənənələrinin layiqli davamçısı olduğunu vurğulayıb. Yubiley tədbirində Mədəniyyət və Turizm Nazirliyinin köməkliyi ilə Abdulla Şaiqlə Kamal Talıbzadənin portreti həkk olunmuş süjetli xalçanın da təqdimatı keçirilib. Xalçanın müəllifi rəssam Afət Mahmudovadır. Tədbirin növbəti hissəsində Kamal Talıbzadənin həyat və yaradıcılığı ilə bağlı təəssüratları əks etdirən dəyirmi masa təşkil olunub.
Muzeydə Kamal Talıbzadənin yaradıcılığına həsr edilmiş foto-sərginin də nümayişi keçirilib.
Muzeydə Kamal Talıbzadənin yaradıcılığına həsr edilmiş foto-sərginin də nümayişi keçirilib.
Mədəniyyət siyasəti
Tacikistan Mədəniyyəti Günləri başa çatıb - FOTO
10:57
24 may 2024
Silahlı münaqişə zamanı mədəni sərvətlərin daşınma qaydası müəyyənləşib
19:18
23 may 2024
#TikTokdanÖyrən layihəsinin nəticələri yekunlaşıb, 20 min maarifləndirici video yaradılıb
16:15
22 may 2024
Mədəniyyət Nazirliyi Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yayıb
16:12
22 may 2024