Bank Of Baku

Mirzə Fətəli Axundov adına Milli Kitabxanada “Teatr bu gün və sabah” mövzusunda dəyirmi masa keçirilib

Mirzə Fətəli Axundov adına Milli Kitabxanada “Teatr bu gün və sabah” mövzusunda dəyirmi masa keçirilib
# 06 noyabr 2008 09:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada “Teatr bu gün və sabah” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Dəyirmi masada çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov bu gün Azərbaycan teatrına göstərilən dövlət qayğısını xüsusi qeyd edib. Onun sözlərinə görə, hazırda bir çox teatrların əsaslı təmir olunması, teatrlara fəaliyyətləri üçün məkan ayrılması göstərilən qayğının bariz nümunəsidir. Tədbirdə professor İnqilab Kərimov “Azərbaycanda peşəkar teatr sənətinin inkişaf istiqamətləri”, sənətşünaslıq namizədi Zəminə Axundova “Yeni teatr epoxası astanasında” mövzusunda çıxış ediblər. Natiqlər Azərbaycanda teatr sahəsində gənc mütəxəssislərin yetişdirilməsinin vacibliyini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR