Bank Of Baku

Bakıda Azərbaycan və Qazaxıstan incəsənət xadimlərinin iştirakı ilə konsert keçirilib

Bakıda Azərbaycan və Qazaxıstan incəsənət xadimlərinin iştirakı ilə konsert keçirilib
# 07 noyabr 2008 08:49 (UTC +04:00)
Bakı Viktoriya Dementyeva-APA. Qazaxıstan Xalqları Assambleyası üzvlərinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Qazaxıstan incəsənət xadimlərinin iştirakı ilə “Dostluq planeti” adı altında konsert proqramı keçirilib. APA-nın məlumatına görə, tədbirin açılış mərasimində Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Səfir bildirib ki, hər iki ölkə arasında sıx əlaqələr mövcuddur: “Repressiya illərində Qazaxıstana 300 min azərbaycanlı sürgün edilib, bu gün ölkəmizdə 100 minə yaxın azərbaycanlı yaşayır. Bu tədbirin keçirilməsində məqsəd damla-damla topladığımız təcrübənin başqa dövlətlərin də sərvətinə çevrilməsinə nail olmaqdır. Qazaxıstan Xalqları Assambleyasının üzvləri 17 ölkədə səfərdə olublar, indi isə Azərbaycana gəliblər. İki ölkə arasında əlaqələr daim inkişaf edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR