Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə gedəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə gedəcək
# 07 noyabr 2008 12:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Türkiyənin İğdır bölgəsinə qastrol səfərinə gedəcək. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, teatr İğdırın qurtuluşunun 88-ci ildönümü münasibətilə noyabrın 14-də keçiriləcək bayram tədbirlərində Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” tamaşasını göstərəcək. Kollektiv İğdırda çıxışını bitirdikdən sonra Ərzurum, Ərzincan, Ağrı, Ərdahan və Van şəhər bələdiyyələrinin dəvəti ilə həmin bölgələrdə də çıxış edəcək. Teatrın direktoru, əməkdar artist Mübariz Həmidovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 13-də Türkiyəyə yola düşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR