Bank Of Baku

Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının 95 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının 95 illik yubileyi münasibəti ilə tədbir keçirilib
# 07 noyabr 2008 13:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Üzeyir Hacıbəyovun Ev Muzeyində Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının 95 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcov “Arşın mal alan” operettasının 1913-cü ilin noyabrın 7-də Tağıyev Teatrında ilk dəfə nümayiş olunduğunu deyib: “Dahi bəstəkarımız Üzeyr Hacıbəyovun yaratdığı bu operetta dünyanın möhtəşəm musiqi əsərlərindən biridir. Əgər 95 il əvvəl bu operetta ancaq Azərbaycanda səsləndirsə, bu gün onun sədası Rusiyadan, Amerikadan, Yaponiyadan, Hindistandan, ümumiyyətlə, dünyanın əksər ölkələrindən gəlir”.
Tədbir çərçivəsində operettanın müxtəlif illərdə çəkilmiş fotoşəkillərindən ibarət sərgi də nümayiş olunub. Yubiley tədbirində “Arşın mal alan” operattasından parçalar ifa edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR