Dövlət Rus Dram Teatrının kollektivi Naxçıvana gedib
10 noyabr 2008 08:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının kollektivi Naxçıvan Muxtar Respublikasına qastrol səfərinə gedib. Teatrın direktoru Ədalət Hacıyev APA-ya bildirib ki, səfər çərçivəsində teatrın yaradıcı kollektivinin iştirakı ilə Elçinin “Ulduz, sevgi və şampan” tamaşası nümayiş olunacaq. Noyabrın 13-nə kimi davam edəcək səfərdə teatrın baş rejissoru Aleksandr Şarovskinin rəhbərliyi altında 17 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir. Ə. Hacıyev xatırladıb ki, teatrın Naxçıvana sonuncu səfəri 1983-cü ildə olub.
Mədəniyyət siyasəti
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub - FOTO
22:53
1 may 2024
Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
22:38
1 may 2024
Mədəniyyət naziri iranlı həmkarı ilə görüşüb
22:08
1 may 2024
Azərbaycan X Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumuna dəvət edilib
21:36
1 may 2024